Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı futbolçu Azərbaycanın tanımadığı ölkənin çempionu oldu
Futbol üzrə Kosovo çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, mövsümün həlledici oyunu 33-cü tur çərçivəsində azərbaycanlı futbolçu, bu ilin yanvar ayından Kosovoya yollanan Amit Quluzadənin formasını geyindiyi “Drita” ilə “Priştina” arasında baş tutub. Son tura lider kimi daxil olan Quluzadənin komandasına əsas izləyicisi ilə görüşdə çempionluğu təmin etmək üçün heç-heçə də kifayət edirdi. Qarşılaşma qolsuz başa çatıb. Bu nəticə ilə xallarının sayını 67-yə çatdıran “Drita” ölkə çempionu olub. “Priştina” isə 64 xalla 2-ci pilləni tutub.
Qeyd edək ki, Azərbaycan Kosovanın müstəqilliyini tanımayıb.
Oxşar xəbərlər
Amit Quluzadənin komandası 1/4 finalda - 7:1
Amit Quluzadə üçün 83 dəqiqə - 1:0
Amit Quluzadənin klubu 3 qolla qalib gəldi - Moldova çempionatı
Milli komandamızın sabiq üzvü Moldova klubuna transfer oldu - FOTO
Futbolçumuz Kosovo klubunda ehtiyatda qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası