Qılıncoynatma üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu
Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkə çempionatı keçirilib.
Sportfm.az xəbər verir ki, çempionatda 90 qılıncoynadan medallar uğrunda mübarizə aparıb.
Yarışın ilk günündə sablya və rapira növündə qaliblər müəyyənləşib. Sablya yarışlarında qadınların mübarizəsində Sevil Bünyatova, kişilər arasında Abdulla Həsənov qızıl medal qazanıblar. Rapira növündə qadınların mübarizəsində Elmira Xudaverdiyeva, kişilərin yarışında isə Cavanşir Ağakişiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Çempionatın ikinci günündə kişilər arasında şpaqa yarışlarında Barat Quliyev, qadınların mübarizəsində isə Elmira Xudaverdiyeva birinci olublar.
Qaliblər diplom və medallarla təltif olunublar.
Oxşar xəbərlər
Valeriya qızıl medalı boynundan asdı - UĞUR
“Olimpiya ümidi” turnirinin qalibləri müəyyənləşdi
Bakı çempionatının qalibləri müəyyənləşdi - FOTO
Antipov memorialının qalibləri müəyyənləşdi - Bakıda
Qılıncoynatma üzrə ölkə çempionatının qalibləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası