reklam
“Olimpiya ümidi” turnirinin qalibləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

“Olimpiya ümidi” turnirinin qalibləri müəyyənləşdi


Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) zalında 2005-ci il və daha kiçik təvəllüdlü məktəblilər arasında keçirilən “Olimpiya ümidi” turnirinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, yarışda ümumilikdə 129 oğlan və qız məktəbli birincilik uğrunda mübarizə aparıb.

Üç gün davam edən yarışda sablya, rapira və şpaqada qaliblər müəyyənləşib.

Oğlanların şpaqa yarışlarında Orxan Həsənli, qızların mübarizəsində Xədicə Həsənli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sablya yarışlarında Ayxan Xasiyev və Təranə Məmmədli qızıl medal qazanıblar. Rapira üzrə oğlanların yarışında Məhəmməd Nuriyev, qızların mübarizəsində isə Amelita Məmmədova bütün rəqiblərinə qalib gəliblər.

 

Oxşar xəbərlər

Cüdo üzrə ölkə birinciliyində bütün qaliblər müəyyənləşdi - FOTO
Cüdoçular arasında açıq Bakı birinciliyi davam edir
Azərbaycan millisi bütün rəqiblərinə qalib gəldi - FOTO
Qılıncoynatma üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu
Qılıncoynatma üzrə ölkə çempionatının qalibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər