reklam
“Keşlə” komandası liqanın qalibi oldu -
Sportfm.az xəbər saytı

“Keşlə” komandası liqanın qalibi oldu -FOTO


Bu gün Bayıl stadionunda AFFA-nın U-10 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.

Sportfm.az xəbər verir ki, final oyununda “Qəbələ” və “Keşlə” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən “Keşlə” komandası (4:2) liqanın qalibi olub. Üçüncü yeri “Vətən” komandası tutub.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər. 
U-10 Liqasının bombardiri Lorenzo Mezettero (“Neftçi”) olub. “Qəbələ”dən Ayxan Əmiraslanlı liqanın ən yaxşı futbolçusu, “Keşlə”dən Elbrus Kərimov ən yaxşı qapıçı seçilib. Fair Play mükafatına isə “Keşlə”nin oyunçusu Tunar Rzayev layiq görülüb.

Oxşar xəbərlər

“Keşlə” U-11 Liqasının qalibi oldu - FOTO
“Keşlə” U-11 Liqasının qalibi oldu - FOTO
“Sumqayıt” Yüksək Liqanın qalibi oldu - FOTO
“Vətən” U-12 Liqasının qalibi oldu - FOTO
“Mançester Yunayted” U-14 Liqasının qalibi oldu - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər