Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Keşlə” U-11 Liqasının qalibi oldu -FOTO
AFFA-nın təşkil etdiyi U-11 Liqasının 2018-2019-cu il mövsümünə yekun vurulub.
Sportfm.az ASCO Arenada keçirilən final oyununda “Sabah” komandasını 1:0 hesabı ilə məğlub edən “Keşlə” 2018-2019-cu il mövsümünün qalibi olub. Mövsümü 3-cü pillədə başa vuran “Zirə” bürünc medallara sahib olub.
Final qarşılaşmasından sonra mövsümü ilk üç pillədə tamamlayan komandalara diplom və medallar təqdim olunub. Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü, futbol veteranı Yaşar Vahabzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev təqdim edib.
Fair Play mükafatı “Sabah”ın üzvü İslam Həsənova təqdim olunub. Ən yaxşı qapıçı Elbrus Kərimov (“Keşlə”), ən yaxşı oyunçu adına isə Tariyel Farzalı (“Sabah”) layiq görülüb. “Neftçi”nin üzvü Vüsal Kərimov 87 qolla mövsümün ən məhsuldar oyunçu olub.
Oxşar xəbərlər
“Keşlə” U-11 Liqasının qalibi oldu - FOTO
U-16 Liqasının qalibləri mükafatlandırıldı - FOTO
“Sumqayıt” Yüksək Liqanın qalibi oldu - FOTO
“Keşlə” komandası liqanın qalibi oldu - FOTO
“Təhsil” birinci, Alina "ən yaxşı", Ofelya isə bombardir oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin





.jpg)









Misli Premyer Liqası