Bakıda "Respublika günü" turniri keçiriləcək
Bu gün 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş futbol turnirinə start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günü «B» qrupundakı komandalar mübarizəyə başlayacaqlar. Saat 16:15-də «Zirə» «Sumqayıt»la, 17:45-də isə «Keşlə» «Səbail»lə üz-üzə gələcək. Hər 2 oyun «Neftçi Baza»da keçiriləcək.
Sabah isə «A» qrupundakı komandalar mübarizəyə qoşulacaqlar. «Vətən» «Neftçi» İK İB-ni, «Qarabağ» isə «Neftçi»ni sınağa çəkəcək.
Xatırladaq ki, «Vətən» RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə keçiriləcək turnirə mayın 31-də yekun vurulacaq.
Het-trik news» qəzeti
Oxşar xəbərlər
U-16 Liqası: "Bürünc""Neftçi"!
Arif Əsədovun oğlu qol vurdu, komandası qələbə qazandı
U-16 millimizə futbolçu seçimi məqsədilə turnir start götürür
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası