Cüdo üzrə respublika birinciliyinin qalibləri mükafatlandırıldı -FOTO
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 14-16 yaşlı idmançılar arasında cüdo idman növü üzrə “Təhsil” Respublika İdman Mərkəzinin respublika birinciliyi keçirilib.
Sportfm.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən birinciliyə 9 çəki dərəcəsi üzrə 200-dək idmançı qatılıb.
Yarışın açılış mərasimində Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri konsert proqramları ilə çıxış ediblər.
Yarışın nəticələrinə əsasən, birinci yeri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası, ikinci yeri Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası, üçüncü yeri isə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası tutub.
Qaliblər kubok və diplomla təltif ediliblər.
Yarışın keçirilməsində məqsəd milli dövlətçilik ənənələri barədə şagirdləri məlumatlandırmaq, perspektivli idmançıları aşkar etmək, müvafiq yaş qrupları üzrə yığma komandaları formalaşdırmaq və idmançıların oyun təcrübəsini artırmaqdan ibarət olub.
Oxşar xəbərlər
Azərbaycan birinciliyində komanda yarışlarının nəticəsi - SİYAHI
"Neftçi"nin idmançıları qızıl medal qazandı
Azərbaycan Birinciliyi başa çatdı - Cüdo üzrə
Boks üzrə açıq birincilik başa çatdı
Stolüstü tennis üzrə Bakı şəhər birinciliyi keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası