Formula 1 Almaniya Qran-Prisi təqvimə qayıdacaq
İyulda Almaniya Qran-Prisi Formula 1 yarışlarının təqviminə qayıdacaq.
Sportfm.az xəbər verir ki, yürüş Hokkenhaymda keçiriləcək. Bu avtodromun növbəti mövsüm üçün hələlik müqaviləsi yoxdur. Amma çempionatın icraçı direktoru Çeyz Kerri alternativ tapmağa hazırdır.
Ç.Kerri deyib: “Biz istəyirik ki, Formula 1 ənənəvi yürüşün təqvimində qalsın. Almaniya Formula 1 üçün əhəmiyyətlidir. Bu ölkənin inkişaf etmiş avtomobil sənayesi və yürüş ənənələri var. Biz Berlin şəhərinin trasında mərhələ yarışı təşkil etməyə açığıq. Əgər şəhərdə bunu istəyirlərsə, biz onlarla danışıqlar aparmağa hazırıq”.
Berlində Formula E mərhələsi keçirilir, amma Ç.Kerri bunda rəqabət görmür. O deyib: “Formula 1 qəhrəmanlar, dram və emosiyalar deməkdir. Formula E isə küçə ziyafətinə daha çox bənzəyir”.
Oxşar xəbərlər
Azərbaycan Qran Prisinin proqramı dəqiqləşdi - Formula 1
Təqvimə daha bir Qran-pri əlavə olundu - Formula 1
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeni tarixi məlum oldu
"Formula 1" daha 3 il Azərbaycanda keçiriləcək - Açıqlama
Formula 1 Vyetnam Qran-Prisinin vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası