Formula 1 Vyetnam Qran-Prisinin vaxtı açıqlandı
Formula 1 və Hanoy şəhərinin rəhbərlikləri bəyan ediblər ki, ilk Formula 1 Vyetnam Qran-Prisi 2020-ci ilin aprelində keçiriləcək.
Sportfm.az xəbər verir ki, Hanoyun “Vingroup” promouteri Qran-Pri keçirilməsinə dair çoxillik saziş imzalayıb. Sənədin şərtlərinə görə, Formula 1 mərhələsi şəhərin mərkəzi küçələrində keçiriləcək, trekin uzunluğu isə 5,565 kilometr təşkil edəcək.
Qran-Pri seriyalarının icraçı direktoru Çeys Keri deyib: “Biz sevinc hissi ilə bildiririk ki, Formula 1 Qran-Prisi Hanoyda keçiriləcək. Zəngin tarixə malik və qeyri-adi gələcəyi olacaq Hanoy dünyanın ən maraqlı şəhərlərindən biridir. Mən Formula 1 təqvimində bu mühüm tədbirin yer alacağını səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Vyetnam Cənubi-Şərqi Asiyanın Formula 1 Qran-Prisinin keçiriləcəyi üçüncü ölkəsidir. Bundan əvvəl yarışlar Malayziya və Sinqapurda keçirilib.
Oxşar xəbərlər
Azərbaycan Qran Prisinin proqramı dəqiqləşdi - Formula 1
Çin Qran-prisi ardıcıl üçüncü dəfə ləğv olundu - Formula 1
"Formula 1" 2027-ci ilə qədər keçiriləcək
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeni tarixi məlum oldu
Braziliya Qran-Prisi Rio-de-Janeyroda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası