reklam
İbrahimoviçin qol vurduğu oyunda, azərbaycanlılar
Sportfm.az xəbər saytı

İbrahimoviçin qol vurduğu oyunda, azərbaycanlılar "Qalatasaray"ı dəstəklədi - FOTO,VİDEO


Növbəti mövsümə hazırlığı davam etdirən "Mançester Yunayted" və "Qalatasaray" İbrahimoviçin vətəni İsveçdə yoxlama oyununda qüvvələrini sınayıblar.  
Sportfm.az xəbər verir ki, ölkənin ikinci böyük şəhəri olan Höteborqda keçirilən oyunda 7 qol qeydə alınıb. İstanbul təmsilçisi ilk hissəni 2:1 öndə tamamlasa da, bu üstünlüyünü sonadək qoruyub saxlaya bilməyib. Belə ki, ikinci hissədə 4 dəfə fərqlənən ingilislər oyundan 5:2 hesablı qələbəylə ayrılıblar. Bu oyun "Mançester Yunayted"in yeni transferi Zlatan İbrahimoviç üçün əlamətdar olub. Belə ki, isveçli forvard yeni komandasında keçirdiyi ilk oyunundaca qol hesabını açıb. Matçda qeydə alınan digər maraqlı məqam isə Türkiyə klubunu dəstəkləyən azarkeşlərin yer aldığı tribunada oyunboyu Cənubi Azərbaycanın bayrağının olması idi.
   
Yoxlama oyunu  30 iyul  Mançester Yunayted (İngiltərə) - Qalatasaray (Türkiyə) 5:2  
Qol: İbrahimoviç, 4. Runi, 55; 58. Fellaini, 64. Mata, 75 - Sinan Gümüş, 22. Bruma, 40.
 
 

Oxşar xəbərlər

Rekord maaş, ABŞ və İbra
"İbrahimoviç əvvəllər səviyyəli futbolçu idi"
“Mançester Yunayted” mövsümə kubokla başladı - VİDEO
İbrahimoviç "Qalatasaray"a qarşı
“Mançester Yunayted” İbrahimoviçin xidmətindən yararlana bilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər