Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İbrahimoviç "Qalatasaray"a qarşı
"Mançester Yunayted"in yeni transferi Zlatan İbrahimoviç "Qalatasaray"la keçirəcəkləri yoldaşlıq oyunu haqda danışıb. Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçu hər kəsin onun Mançester təmsilçisində debütünü gözlədiyini bildirib: "Hər kəs mənim "Mançester Yunayted"də debütümü gözləyir. İlk oyunumu vətənim - İsveçdə keçirməyim əladır. Azarkeşlər mənim yenidən yaşıl meydanlara qayıtmağımı görmək istəyirlər. Ancaq onlar təkcə mənim yox, bütün komandanın oyununu izləmək arzusundadırlar. Ümid edirəm ki, "Qalatasaray"la görüşdə yaxşı oyun sərgiləyəcəyik".
Qeyd edək ki, bu gün keçiriləcək "Mançester Yunayted" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Oxşar xəbərlər
“Qalatasaray” “Mançester Yunayted”ə qarşı - Çempionlar Liqası
"İbrahimoviç əvvəllər səviyyəli futbolçu idi"
Konte: "İbrahimoviç "Mançester Yunayted"lə çempion ola bilməyəcək"
İbrahimoviçin qol vurduğu oyunda, azərbaycanlılar "Qalatasaray"ı dəstəklədi - FOTO,VİDEO
Zlatan İbrahimoviç: “Liqa 1 mənim səviyyəmdə deyil”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası