reklam
Adı mafiya ilə yanaşı çəkilən italyan futbolçu saxlanılıb
Sportfm.az xəbər saytı

Adı mafiya ilə yanaşı çəkilən italyan futbolçu saxlanılıb


İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Vinçenzo Yakinta 6 illik həbs oluna bilər.

Sportfm.az xəbər verir ki, o, 2015-ci ilin dekabrında qanunsuz odlu silah saxlamaqla yanaşı, Kalabriya mafiyası ilə əlaqələr qurduğuna görə ittiham olunur.

Bu iş üzrə 140 şəxsə ittiham irəli sürülüb və onların arasında Yakintanın atası da var. Prokuror sabiq futbolçunun atasına 19 il həbs cəzası verilməsini tələb edir.

Qeyd edək ki, Vinçenzo Yakinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub.

Oxşar xəbərlər

Hakan Şükürün atasına cəza kəsildi - 3 il 1 ay 15 gün
Ukraynalı sabiq futbolçu Rusiyada həbs edildi - 12 illik
Hakan Şükürün atasını neçə il həbs cəzası gözləyir?
Futbol üzrə dünya çempionu həbs olundu
Dünya çempionluğuna iddialı boksçunu 40 illik həbs gözləyir! - O rus mafiyasına çalışırmış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər