Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbol üzrə dünya çempionu həbs olundu
İtaliya milli komandasının sabiq futbolçusu Vinçentso Yakvinta həbs olunub.
Sportfm.az xəbər verir ki, o, qanunsuz odlu silah saxladığı üçün məhkum edilib. Sabiq hücumçu 6 il müddətinə azadlıqdan məhrum oluna bilərdi.
Çünki Yakvinta mafiya ilə əlaqədə də şübhəli bilinirdi. Lakin sonradan ona qarşı olan ittihamlar aradan qaldırılıb. Yakvintanın atası isə cinayətkar dəstə ilə əlaqələrə görə 19 il müddətinə həbs edilib.
Qeyd edək ki, Vinçentso Yakvinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. 38 yaşlı sabiq forvard karyerası ərzində İtaliyanın "Yuventus" və "Udineze" klublarında çıxış edib.

Oxşar xəbərlər
Millinin sabiq üzvü həbs edildi - 3 illik
Millinin sabiq üzvü həbsə atıldı - İtaliyada
Millinin sabiq futbolçusu həbs olundu
Millinin sabiq futbolçusu 15 ay həbs edildi
Adı mafiya ilə yanaşı çəkilən italyan futbolçu saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası