Avtandil Hacıyev 5 futbolçunu yola saldı
"Səbail" klubu müqaviləsi başa çatan futbolçularından 5-i ilə yollarını rəsmən ayırıb.
Sportfm.az saytı xəbər verir ki, bu barədə "Report"a komandanın yeni baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
Onun sözlərinə görə, türkmənistanlı yarımmüdafiəçi Elman Taqayev və onun hücumçu həmyerlisi Vaxıt Orazsaxedov, gürcüstanlı müdafiəçi Nikoloz Apakidze, hollandiyalı arxa xətt oyunçusu Ayron Stati və yerli orta sahə oyunçusu Murad Ağayevlə sözləşmə müddəti uzadılmayıb: "Hələlik, bu futbolçularla yollarımızı ayırmışıq. Digər futbolçularla isə danışıqlar aparırıq. Bundan sonra da komandadan ayrılacaq və heyətə yeni cəlb olunacaq futbolçular barədə əlavə açıqlamalar veriləcək".
Qeyd edək ki, Aftandil Hacıyev "Səbail"ə iki gündür baş məşqçi təyin olunub.
Oxşar xəbərlər
"Səbail" daha bir futbolçu ilə yollarını ayırdı - Premyer Liqa
"Səbail"i daha iki futbolçu tərk etdi
"Şərtlərimizlə razı olmayan oyunçular var idi" - Aftandil Hacıyev
Maykl Essyen "Səbail"lə məşq etmir
Qaraxanov da Avtandil Hacıyevə lazım olmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası