reklam
Sportfm.az xəbər saytı

"Səbail" daha bir futbolçu ilə yollarını ayırdı -Premyer Liqa


Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubu daha bir futbolçu ilə vidalaşıb.

Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, Murad Qayalı, Əli Sadıxov və Arsen Ağcabəyovdan sonra Orxan Qurbanlı ilə də yollar ayrılıb.

Hacıyev legionerlərdən isə iranlı yarımmüdafiəçi Bəxtiyar Rəhmaninin komandanı tərk edə biləcəyini istisna etməyib: "Hələlik onunla danışırıq. Şərtlərdə razılığa gələ bilməsək, yəqin ki, gedəcək. Amma qala biləcəyini də deyir. Sadəcə, şərtləri bir az bizim üçün ağırdır. Ümumilikdə, 5-6 futbolçunu göndərib, yerinə 3 yeni oyunçu almaq istəyirik".

"Səbail"in hazırlıq planına da toxunan baş məşqçi yanvarın 4-də yenidən bir araya gələcəklərini bildirib: "Artıq yoxlama oyunu üçün rəqib tapmışıq. Yanvarın 14-də "Sabah"la qarşılaşacağıq".

Oxşar xəbərlər

Kamran Ağayev futbolda qalır - Açıqlama
“Səbail” daha bir oyunçu ilə yollarını ayırdı
"Sabah" bizimlə oyuna dönüş nöqtəsi kimi baxır" - Aftandil Hacıyev
"Səbail"i daha iki futbolçu tərk etdi
Avtandil Hacıyev 5 futbolçunu yola saldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər