reklam
Əfran İsmayılov Türkiyə Super Liqasında oynayacaq?
Sportfm.az xəbər saytı

Əfran İsmayılov Türkiyə Super Liqasında oynayacaq?


“Qarabağ”dan ayrılmış və hazırda klubsuz olan Əfran İsmayılov karyerasını Türkiyədə davam etdirə bilər. 

Sportfm.az xəbər verir ki, bu barədə oxu.az-a futbolçu verdiyi müsahibəsində bildirib: 

“Qarabağ”dan ayrıldığımı bildikdən sonra Azərbaycan klublarından bəziləri mənimlə əlaqə saxlayıb. Onlara on gün səbir etməyi məsləhət bilmişəm. Menecerim hazırda Türkiyə Super Liqasının iki klubu ilə danışıqlar aparır. Türkiyənin I divizionundan da bir kluba keçə bilərdim. Lakin həmin komanda pley-offda Superliqaya çıxmaq şansını itirdi. Mən də çalışıram ki, götür-qoy edim. Çünki Türkiyəyə tək getməyəcəyəm, ailəmi aparmalıyam, uşaqların təhsil məsələsini düşünməliyəm. Ona görə də hərtərəfli düşünüb, qərar verəcəm”.

Oxşar xəbərlər

Əfran İsmayılov klubsuz qaldı
Əfran İsmayılov Türkiyəyə gedəsi olmadı...
Əfran Türkiyə əvəzinə Sumqayıta getdi
Əfran İsmayılov "sağ göstərib, sol vurur" - ÖZƏL
Əfran İsmayılov "Qarabağ"dan ayrılır: "Belə bir variant var"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər