Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ramil Şeydayev Bundesliqanın hansı klubuna keçir?
Yığmamızın üzvü Ramil Şeydayevin yeni klubu müəyyənləşib.
Sportfm.az xəbər verir ki, 22 yaşlı hücumçu Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"la anlaşıb. Bu barədə açıqlama verən klub prezidenti Martin Puxer "Trabzonspor"a məxsus futbolçu ilə müqavilənin detalları haqda heç nə deməyib.
Avstriya mətbuatı gənc forvardın "Zalsburq"a qayıdan Smail Prevlyakın əvəzinə alındığını yazıb. "Mattersburq" Bundesliqanı 36 oyundan 46 xalla 6-cı pillədə başa vurub.
"Zenit"in yetirməsi olan Şeydayev 2016-cı ilin yayında "Trabzonspor"la 4 illik müqavilə bağlayıb. Lakin o, Türkiyə klubunda möhkəmlənə bilmədiyi üçün 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilib. Şeydayev bu komandaların heyətində Slovakiya və Azərbaycan çempionu olub.
Oxşar xəbərlər
Millimizin futbolçusu Avstriya klubu ilə anlaşdı
Ramil Şeydayev "Trabzonspor"dan ayrıldı - RƏSMİ
Avstriya klubu Şeydayevə təklif göndərəcək
Şeydayevin işi düyünə düşdü, "Trabzonspor"da məşqlərə qatıldı!
Şeydayevin transferi niyə yubanır? - Səbəbi bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası