reklam
Ramil Şeydayev
Sportfm.az xəbər saytı

Ramil Şeydayev "Trabzonspor"dan ayrıldı -RƏSMİ


Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.  

Sportfm.az xəbər verir ki, Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. 

"Trabzonspor" Ramil Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi.  

Qeyd edək ki, Ramil Şeydayev 2016-cı ildə "Zenit"də "Trabzonspor"a keçmişdi. O, 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilmişdi.

Oxşar xəbərlər

"Trabzonspor"un 1 milyard borcu olduğu açıqlandı
Millimizin futbolçusu Avstriya klubu ilə anlaşdı
Ramil Şeydayev "Trabzonspor"dan ayrıldı: növbəti dayanacağı hara olacaq?
Ramil Şeydayev Bundesliqanın hansı klubuna keçir?
"Trabzonspor"dan Ramil Şeydayevə jest - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər