Zabit Səmədov rinqdə 99-cu qələbəsini qazandı -"Mauqli" Avropa çempionu oldu
Rusiyanın paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turniri başa çatıb.
Sportfm.az xəbər verir ki, gecənin əsas döyüşlərindən biri azərbaycanlı Zabit Səmədovla fransız boksçu Freddi Kemayo arasında baş tutub.
Beş raundun hamısı idmançımızın üstünlüyü şəraitində keçib. Görüşün bütün üç hakimi qələbəni Səmədova verib – 50:46. Bununla da o, ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.
Bu, Zabit Səmədovun karyerası ərzində qazandığı 99-cu qələbədir. Döyüşdən sonra Çeçenistan prezidenti Ramzan Kadırov Səmədova "Mersedes" markalı avtomobil bağışlayıb.
Qeyd edək ki, bu görüşün keçirildiyi “Veqas” zalından izləyənlər arasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov da olub.
Oxşar xəbərlər
Belarusda gərgin döyüş - Zabit Səmədov da rinqə çıxır
Zabit Səmədovun bahalı hədiyyəsi - FOTO
Firdovsi Umudovdan Zabit Səmədova dəstək - VİDEO
Zabit Səmədov nə vaxt rinqə çıxacaq?
Zabit Səmədovun rəqibi onu döyüşdən əvvəl vurmaq istədi - ÖZƏL VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
4 tur qalmış 35-ci dəfə çempion oldular - Uğur
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub














Misli Premyer Liqası