reklam
Zabit Səmədovun rəqibi onu döyüşdən əvvəl vurmaq istədi  -
Sportfm.az xəbər saytı

Zabit Səmədovun rəqibi onu döyüşdən əvvəl vurmaq istədi -ÖZƏL VİDEO


 Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirdə iştirak edəcək. Sportfm.az saytının Çeçenistanın paytaxtı Qroznıya ezam olunan xüsusi müxbiri xəbər verir ki, turnir bu gün "Kolizey” idman sarayında keçiriləcək. "WBC Muay Thai” versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşdə Zabit Səmədovun rəqibi məşhur rumın döyüşçü Katalin Moroşanu olacaq. Artıq avqustun 22-də döyüşöncəsi idmançıların ənənəvi çəkisinin ölçülməsində hərarətli anlar yaşanıb. Belə ki, Zabit Səmədovla üz-üzə gələn rumın idmançı gözlənilmədən rəqibini itələyərək vurmaq istəyib. Çeçenistan prezidenti Ramzan Kadırovunda izlədiyi tədbirdə aranın qarışmasına imkan verməyiblər.  Onu da qeyd edək ki, hazırda Z.Səmədov "Axmat" kikboksinq klubuna rəhbərlik edir.
Sportfm.az saytı həmin görüntüləri sizlərə təqdim edir. 

Oxşar xəbərlər

Səmədov sabah növbəti rəqibi ilə görüşəcək
Zabit Səmədov növbəti döyüşünə çıxacaq - FOTO
Zabit Səmədov izdihamla qarşılandı - FOTOLAR
Prezident İlham Əliyev Zabit Səmədovla görüşüb - VİDEO
Van Damdan azərbaycanlıya təbrik mesajı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər