Rusiya klubundan azərbaycanlı məşqçiyə təklif var -ÖZƏL
"Vətən"in 11 yaşlıları ilə Azərbaycan çempionu olan gənc məşqçi Samir Əbdürrəhmanov ölkə xaricində çalışmaq təklifi alıb.
Sportfm.az saytının əldə etdiyi məlumata görə, sabiq futbolçunun xidmətində Rusiyanın "Lokomotiv" klubu maraqlıdı. Moskvalılar uzun müddətdir uşaq futbolunda uğurla çalışan mütəxəssisi öz akademiyasında görmək istəyir. Məsələ ilə bağlı saytımıza açıqlama verən "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin məşqçisi bunları dedi:"Belə bir təklifin olması qürurvericidi. Bildiyiniz kimi bir müddət öncə mən Moskva klubunun uşaq-futbol məktəbi ilə tanış olmaq üçün Rusiyaya yollanmışdım. Təklifə görə onlara minnətdaram. Ancaq hazırda mən "Vətən"in uğurları üçün çalışıram və bundan çox məmnunam. Qarşıda bizi yeni-yeni turnirlər gözləyir. Ona görə də Bakını tərk etmək haqqında düşünmürəm".
Qeyd edək ki, Samir Əbdürrəhmanovun çalışdırdığı “Vətən” FK 6-10 aprel 2017-ci il tarixlərində Türkiyənin İzmir şəhərində start götürən beynəlxalq turnirdə 10 yaşadək komandalar arasında qalib adını qazanaraq, Avstriyanın paytaxtı Vyanada keçirilən “Champions Trophy” turnirinin final mərhələsinə vəsiqə əldə edib. Həmçinin, onun rəhbərliyi altında "Vətən"in 11 yaşlılardan ibarət komandası Türkiyədə iştirak etdiyi son beynəlxalq "Limra Cup" turnirində üçüncü olub.
Oxşar xəbərlər
Samir Əbdürrəhmanov 35! - Bu gün onun ad günüdür
“Vətən” futbol məktəbinin komandası beynəlxalq turnirə qatıldı - FOTO
"Vətən" Türkiyədə vətənimizi təmsil edəcək - FOTO - VİDEO
"Vətən"in məşqçisi Rusiya "Lokomotiv"ində - FOTOLAR
“Vətən”in məşqçisi Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası