reklam
Samir Əbdürrəhmanov 35! -
Sportfm.az xəbər saytı

Samir Əbdürrəhmanov 35! -Bu gün onun ad günüdür


Bu gün Azərbaycan futbolunda futbolçu və məşqçi kimi iz buraxan Samir Əbdürrəhmanovun ad günüdür.

Sportfm.az saytı xəbər verir ki, ötən il "Vətən"in 11 yaşlıları ilə Azərbaycan çempionu olan gənc mütəxəssisin 35 yaşı tamam olur. "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin məşqçisinin çalışdırdığı “Vətən” FK 6-10 aprel 2017-ci il tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq turnirdə 10 yaşadək komandalar arasında qalib adını qazanaraq, Avstriyanın paytaxtı Vyanada keçirilən “Champions Trophy” turnirinin final mərhələsinə vəsiqə əldə edib. Həmçinin, onun rəhbərliyi altında "Vətən"in 11 yaşlılardan ibarət komandası Türkiyədə iştirak etdiyi son beynəlxalq "Limra Cup" turnirində üçüncü olub. 

Qeyd edək ki, Samir Əbdürəhmanov 25 dekabr 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən fəxri ada layiq görülüb. Hazırda "Sabah"ın 12 yaşlılarını çalışdıran məşqçi-müəllimi ad günü münasibətilə təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Oxşar xəbərlər

Rusiya klubundan azərbaycanlı məşqçiyə təklif var - ÖZƏL
“Vətən” futbol məktəbinin komandası beynəlxalq turnirə qatıldı - FOTO
"Vətən" Türkiyədə vətənimizi təmsil edəcək - FOTO - VİDEO
"Vətən"in məşqçisi Rusiya "Lokomotiv"ində - FOTOLAR
“Vətən”in məşqçisi Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı - FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər