Fransa növbəti qələbəsini qazandı
Futbol üzrə dünya çempionatı ərəfəsində Fransa və İtaliya milliləri yoldaşlıq oyununda üz-üzə gəlib.
Sportfm.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 8-ci dəqiqəsində hesabı Samuel Umtitinin sayəsində fransızlar açıb - 1:0. Qarşılaşmanın 29-ci dəqiqəsində cərimə meydançasında kobud oyuna görə baş hakim Antonio Teylor italyanların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Antuan Qrizmann dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0. Qoldan yeddi dəqiqə sonra İtaliya millisinin kapitanı Leonardo Bonucci hesabı minimuma endirib - 2:1. Birinci hissə bu hesabla başa çatıb. Fasilədən sonra matçın 63-cü dəqiqəsində Osman Dembele baxımlı qola imza atıb - 3:1. Bu qol oyunda sonuncu olub. Beləliklə, görüş Fransa millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Mançester derbisində "şəhərlilər" qalib gəldi
"Torino"dan qələbə, "Empoli"dən məğlubiyyət - A Seriyası 7-ci tur
“Barselona” uddu, “Real” isə...
Ağalarov qol vurdu, Azərbaycan uduzdu
Deputatlarımız latviyalı həmkarlarına qalib gəldilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası