reklam
Son 32 ildə bunu ilk dəfə bacardılar
Sportfm.az xəbər saytı

Son 32 ildə bunu ilk dəfə bacardılar


Futbol üzrə Avstriya yığması yoldaşlıq matçında Almaniya millisini məğlub edib.

Sportfm.az xəbər verir ki, Avstriyanın Klaqenfurt şəhərində keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Bu, avstriyalılar üçün Almaniya ilə qarşılaşmalarda 32 il ərzində ilk qələbə olub. Avstriya yığması sonuncu dəfə 1986-cı ildə Almaniyanı 4:1 hesabı ilə məğlub edib. Həmin vaxtdan bu yana komandalar 10 dəfə qarşılaşıblar və yalnız bir dəfə avstriyalılar heç-heçəyə nail olublar. Qalan bütün görüşlər almanların qələbəsi ilə yekunlaşıb.

Avstriyanın hazırkı qələbə seriyası 7 oyuna çatıb. Komanda ötən ilin sentyabrın 5-dən məğlubiyyət bilmir. Lakin bununla belə o, Dünya çempionatı- 2018-ə düşə bilməyib.

Oxşar xəbərlər

31 ildə 3-cü dəfə
İsveç - İspaniya 2:1 - VİDEO
Son 20 ildə 6-cı dəfə Bundesliqanı tərk etdilər
32 il sonra Dünya Çempionatında iştirak etməyəklər
Almaniya yığması Avropanın ən güclüsüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər