Tsurov Bakıda boks gecəsinin qalibi oldu
Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı, “Qəbələ” İdman Klubunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş boks yarışı keçirilib.
Sportfm.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks gecəsində 8 döyüş təşkil olunub. Rinqə Azərbaycanın 7, Gürcüstanın 4, Ukraynanın 2, Rusiya, CAR və Macarıstanın hərəsinin 1 boksçusu çıxıb. Öncə reytinq döyüşləri keçirilib.
Sonra günün əsas döyüşü birinci ağır çəki dərəcəsində baş tutub. IBO və WBCA dünya kəməri uğrunda 12 raundluq qarşılaşmada ukraynalı Roman Qolovaşenko ilə cənubi afrikalı Kevin Lerena üz-üzə gəliblər. İlk iki raundda təşəbbüsü rəqibinə verən afrikalı ukraynalının təzyiqinin qarşısını alıb və mübarizəni əks-həmlələrdə qurub. 3-cü raunddan üstünlüyü ələ alan Lerena rinqdə daha sürətli hərəkət edib və Qolovaşenkonun müdafiə olunarkən buraxdığı boşluqlardan yararlanıb. Ukraynalını 5-ci raundda noqdauna göndərən Lerena döyüşün sonunadək 1-ci nömrə kimi mübarizə aparıb. Nəticədə hakimlərin yekdil qərarı ilə afrikalı qalib gəlib – 115:112, 115:112, 116:111.
Boks gecəsində WCA və WBC Asiya kəmərinin sahibi də bəlli olub. Azərbaycan idmançısı Malik Məmmədzadə rusiyalı İbrahim Tsurovla qarşılaşıb. Yarımağır çəkidə baş tutan görüşdə rusiyalı boksçu nokautla qalib gəlib.
Oxşar xəbərlər
Bakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirildi - FOTO
Usik ilin ən yaxşısı seçildi
Bakıdakı beynəlxalq turnirə yekun vuruldu
6-cı döyüşünü texniki nokautla qazandı
Boksçumuz Rusiyada nokautla qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası