reklam
Bu gün Bakıda dünya çempionatı start götürəcək
Sportfm.az xəbər saytı

Bu gün Bakıda dünya çempionatı start götürəcək


Bu gün Bakıda velosipedin BMX növü üzrə dünya çempionatı start götürəcək. İyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparacaq.

Sportfm.az xəbər verir ki, dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Qeyd edək ki, Bakıda keçiriləcək dünya çempionatı üçün talisman Qafqaz bəbiri seçilib. 

Oxşar xəbərlər

Dünya çempionatında daha 12 qalib müəyyənləşdi
Bakıda dünya çempionatının qalibləri mükafatlandırıldı
BMX üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşdi - FOTO
Bakıdakı dünya çempionatında 8 idmançı ilə təmsil olunacağıq
İtaliyanı dünya çempionatında 10 velosipedçi təmsil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər