"Qolları vaxtında vurduq" -Qazaxıstan millisinin qapıçısı
“Yaxşı oynadıq və qolları vaxtında vurduq. Ən əsası odur ki, baş məşqçinin tapşırığını yerinə yetirə bildik, müdafiədə intizamlı çıxış etdik. Azarkeşləri sevindirdik”.
Sportfm.az xəbər verir ki, bu sözləri Qazaxıstan yığmasının qapıçısı Nenad Eriç “Astana Arena”da millimizə 3:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra ölkəsinin mətbuatına deyib.
36 yaşlı qolkiper bildirib ki, müdafiə xəttinin “Astana”nın futbolçularından ibarət olması onun işini asanlaşdırıb: "Çünki bir-birimizi yaxşı tanıyırıq. Klubda da Stanimir Stoilovun rəhbərliyi altında oynayırdıq, onun tələblərini bilirdik. Bütün komanda müdafiədə əla oynadı. Bir məşqçi ilə uzun müddət birgə çalışdığın zaman onun istəklərini yerinə yetirmək asan olur”.
N.Eriç Qazaxıstanın Millətlər Liqasındakı şanslarını da dəyərləndirib: “Həm Azərbaycan, həm Macarıstan, həm də Bolqarıstanla oyunlar Millətlər Liqasına hazırlıq xarakteri daşıyır. Millətlər Liqasına hazırlaşırıq. Təbii ki, klublarımızın avrokuboklarda çıxışından da çox şey asılıdır. Yığmanın oyunlarına hazır olmaq üçün forma yığmaq lazımdır. Çünki məşqçi ən layiqli futbolçuları seçəcək".(qol.az)
Oxşar xəbərlər
Qazaxıstan yığmasında növbəti itki - Millətlər Liqası
Qazaxıstan millisinin müdafiəçisi Azərbaycana qarşı oynamayacaq - Millətlər Liqası
Paytaxtın adı dəyişdi, bəs klubun necə?
Millinin üzvü: "Maksimum mübarizə apardıq"
"Azərbaycan onlar kimi kombinasiyalı komandadı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası