reklam
Premyer Liqa klubu yığmamızın üzvünü transfer etmək istəyir -
Sportfm.az xəbər saytı

Premyer Liqa klubu yığmamızın üzvünü transfer etmək istəyir -ÖZƏL


Futzal üzrə Rusiya Super Liqasında mübarizə aparan "Sibiryak" yığmamızın üzvü Tyaqo Bolinyanı transfer etmək istəyir.

Sportfm.az saytının əldə etdiyi məlumata görə, son mövsümdə bürünc medalları qazanan Novosibirsk təmsilçisi "Araz"ın formasını daşıyan braziliyalı ilə mövsümün sonuna qədər müqavilə imzalamaq fikrindədir. Lakin hələ ki, Rusiya tərəfinin təklifinə Azərbaycan Futzal federasiyasının və Naxçıvan klubunun prezidenti Zaur Axundov tərəfindən müsbət cavab verilməyib. Buna səbəb isə Axundovun Tyaqonu buraxmaq istəməməsidi. Bir müddət öncə daha bir aparıcı futzalçısı olan Qallonun "Levante"yə keçidinin qarşısını ala bilməyən "Araz"ın rəhbərliyi Tyaqonu da itirmək istəmir. 

Qeyd edək ki, hazırda Tyaqo Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən kommersiya xarakterli futzal turnirində iştirak edir. 

Oxşar xəbərlər

"Araz"ı sonuncu braziliyalı da tərk etdi - yığmamızın hücumçusu Rusiya klubuna yollandı
"Araz"da maliyyə böhranı - komandada legioner olmayacaq! - ÖZƏL
"Araz"da daha iki ayrılıq - ÖZƏL
Yığmamızın oyunçusu "Levante" ilə müqavilə imzaladı - FOTO
Futzal yığmamıza kimlər dəvət ediləcək? - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər