"Araz"da maliyyə böhranı - komandada legioner olmayacaq! -ÖZƏL
Ölkəmizi futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz”da böhran yaşanır.
Sportfm.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Joze Alesionun istəyi ilə bir müddət öncə transfer edilən 2 braziliyalı futzalçı yeni mövsümdə Naxçıvan təmsilçisinin heyətində yer almayacaq. Söhbət Eder Rogerio Rabel Silverio və Riçard Viktor Murilo Silvadan gedir. 28 yaşlı Eder və 25 yaşlı Riçard komandanın məşqlərinə qoşulmadan geri yola salınıb. Buna səbəb isə klubda maliyyə sıxıntısının yaşanmasıdır. “Marreco” klubunun üzvləri ilə yanaşı, komandaya cəlb edilməsi gözlənilən digər legionerlərin də yolunu gözləməyə dəyməz. Belə ki, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qərarı ilə "Araz" yeni mövsümdə yığmamızın şərəfini qoruyan Tyaqo ilə bərabər ancaq yerli oyunçulara güvənəcək.
Qeyd edək ki, mövsüm başa çatdıqdan sonra "Araz"ın üzvü Qallo İspaniyanın "Levante", Eduardo isə Fransanın "Acces Futsal" klubu ilə anlaşmışdı.
Oxşar xəbərlər
Naxçıvan klubu yenə braziliyalılara üz tutdu - Transfer
“Araz” legionerlərdən imtina etdi
İki braziliyalı oyunçu Azərbaycan klubu ilə anlaşdı
Premyer Liqa klubu yığmamızın üzvünü transfer etmək istəyir - ÖZƏL
Zaur Axundov oyunçuların maaşlarını ödəyə bilmir - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası