"Qəbələ"nin "Udineze"yə "gücü çatmadı"
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan Qallini Dünya Kuboku davam edir.
Sportfm.az xəbər verir ki, 15 yaşadək futbolçuların mübarizə apardığı turnirin ikinci oyun günündə qrup mərhələsinin son görüşləri, həmçinin 1/4 final matçları baş tutub. B qrupunda yer alan “Qəbələ” 2-ci oyununda İtaliya təmsilçisi “Venetsiya” ilə qarşılaşıb. İlk turda yerli “Dinamo Star”a 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” bu dəfə meydanı xalsız tərk edib - 2:3. "Qəbələ"nin qollarına Süleyman Damadayev və Vüsal Mirzəzadə imza atıb.
Qrup mərhələsini 2-ci pillədə başa vuran “Qəbələ” 1/4 finalda digər İtaliya təmsilçisi “Udineze” ilə görüşüb. 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” 5-8-ci yerlər uğrunda mübarizə aparacaq. "Qəbələ" bu gün İtaliyanın “Kavolano” klubu ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Qəbələ" bütün görüşlərdə məğlub oldu
"Qəbələ" Macarıstanda qələbə ilə başladı
"Qəbələ" dünya kubokunda
"Bravo" futbolçularımıza "bravo" deməyə imkan vermədi
"Qəbələ" Qallini də növbəti mərhələyə yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası