“Zirə”nin hazırlıq planı bilindi
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" komandasının yay hazırlıq planı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə report-a qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib. 37 yaşlı mütəxəssis bildirib ki, komanda iyunun 22-də Bakıda bir araya gələcək: "Əvvəlcə paytaxtda 2 həftəlik təlim-məşq toplanışımız olacaq. Bu müddətdə 2 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İyulun 15-də isə Türkiyənin Bolu bölgəsinə yollanacağıq. Orada 2 həftəlik hazırlıq dönəmi üçün 4 yoxlama matçı nəzərdə tutmuşuq. Rəqiblərimiz hələlik bilinmir".
Qeyd edək ki, son mövsümdə Azərbaycan Premyer Liqasında 4-cü yeri tutan "Zirə" klubu avrokuboka vəsiqə qazana bilməyib.
Oxşar xəbərlər
“Zirə"nin Avropa Liqasına hazırlıq planı
"Zirə"nin yay hazırlıq planı - 3 yoxlama oyunu keçirəcək
"Zirə"nin qış hazırlıq planı müəyyənləşdi
"Qəbələ"nin hazırlıq planı məlum oldu
"Zirə" yay hazırlıq planını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası