reklam
“Bavariya” “Yuventus”un futbolçusunu transfer edir
Sportfm.az xəbər saytı

“Bavariya” “Yuventus”un futbolçusunu transfer edir


Kinqsli Koman karyerasını "Bavariya”da davam etdirməyə çox yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya nəhəngi gənc yarımmüdafiəçini transfer etmək niyyətindədi. Ötən mövsümü münhenlilərin heyətində icarə əsasında keçirən Komanın transfer hüququnu əldə etmək istəyən almanlar bununla bağlı onun müqavilə ilə məxsus olduğu "Yuventus” klubuna rəsmi müraciət ediblər. Bunu "Bavariya”nın baş direktoru Karl-Haynts Rummenigge deyib: "Komanı transfer etmək şansımız olduqca yüksəkdi”. 19 yaşlı futbolçunun keçidinin "Yuventus”a 21 milyon avro qazandıracağı gözlənilir.
 
Qeyd edək ki, Kinqsli Koman ötən mövsüm meydana çıxdığı 23 oyunda 4 qol, 6 məhsuldar ötürmə ilə diqqət çəkib.

Oxşar xəbərlər

Gözlənilən ayrılıq baş tutdu
Bundesliqanın ən bahalı oyunçuları - Siyahı
Koman ürəyindən əməliyyat olundu
“Mançester Siti”dən 32 milyon avroluq transfer
Dzekodan “Qalatasaray”a bəd xəbər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər