"Porto" Azərbaycan klubuna 4 qol vurdu
Çexiyada keçirilən 16 yaşadək futbolçulardan ibarət komandalar arasında “All Stars Cup” turnirində ilk oyun gününə yekun vurulub.
Sportfm.az xəbər verir ki, “Qəbələ”nin U-16 komandası I qrup mərhələsində 3 oyun keçirib. İlk turda Yaponiya təmsilçisi “Avispa Fukuoka” ilə görüşən futbolçular meydanı xalsız tərk edib – 0:2. Yerli “Fastav Jlin”lə qarşılaşmada isə komanda 1:0 hesabı ilə qalib gəlib. Matçdakı yeganə qolu Aqil Nəsibov vurub. Son turda Portuqaliyanın “Porto” klubu ilə qarşılaşan U-16 0:4 hesabı ilə məğlub olub. Qrupu 3 xalla başa vuran “qırmızı-qaralar” 3-cü yeri tutub.
Bu gün II qrup mərhələsinin oyunları keçiriləcək. Komandanın bu mərhələdəki rəqibləri öz qruplarında qalib olan Almaniya “Herta”sı, 2-ci yeri tutan İspaniya “Barselona”sı və 4-cülüklə kifayətlənən Rusiya “Zenit”idir. Sabah keçiriləcək görüşlərdən sonra ilk iki günün nəticələrinə əsasən ən yaxşı 8 komanda mükafatlar uğrunda, digər 8 iştirakçı 9-16-cı yerlər üçün mübarizə aparacaq.
Oxşar xəbərlər
"Qəbələ" "Beşiktaş"a qalib gəlsə də, 15-ci oldu
"Qəbələ" çexiyalılara qarşı
"Barselona" "Qəbələ"yə qalib gəldi
"Portu" Azərbaycan klubuna qarşı
PSJ, "Barselona", "Beşiktaş" və "Qəbələ"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO














Misli Premyer Liqası