Yığmamız Almaniya ilə finalda oynayacaq
İyunun 16-da Bakıda start götürən arena polo üzrə VI Dünya Kuboku yarışları davam edir.
Sportfm.az xəbər verir ki, yarışda Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən dörd klub mübarizə aparır. Ölkəmizi bu mötəbər turnirdə milli poloçulardan ibarət "Elite Horse & Polo Club" komandası təmsil edir.
Günün ilk oyununda "Rhein Polo Club Düsseldorf" (Almaniya) və "Indian Polo & Riding Club New Delhi" (Hindistan) komandaları qarşılaşıblar. Görüşdə Almaniya təmsilçisi 9:3 hesab ilə qələbə qazanaraq dünya kuboku yarışının finalına yüksəlib.
İkinci oyun isə "Elite Horse & Polo Club" (Azərbaycan) və "Polo Club Wicklow" (İrlandiya) klubları arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Azərbaycan komandası rəqibinə 6:3 hesabı ilə qalib gələrək turnirin finalına ikinci vəsiqəni əldə edib.
Xatırladaq ki, iyunun 15-də Azərbaycan klubu Hindistan komandasına 7:6,5, Almaniya poloçuları isə İrlandiya klubuna 8:5 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, dünya kubokunun sahibi Azərbaycan və Almaniya polo komandaları arasında iyunun 17-də keçiriləcək qarşılaşmada məlum olacaq. İrlandiya və Hindistan klubları isə üçüncü yer uğrunda yarışacaqlar.
Yarış Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə reallaşdırılan Milli Atçılıq Festivalı çərçivəsində keçirilir.
Oxşar xəbərlər
Dünya kubokunun ikinci gününə start verildi - FOTO
“Elite Horse & Polo Club” kuboku turniri keçiriləcək
“100 İllik Yubiley Kuboku”nun üçüncüsü məlum oldu - FOTO
Çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku”nun finalçıları məlum oldu - FOTO
Azərbaycanın polo komandası Bakıda keçirilən dünya kuboku yarışlarının qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası