“Elite Horse & Polo Club” kuboku turniri keçiriləcək
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə dekabrın 7-8-də Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə “Elite Horse & Polo Club” kuboku turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, yarışlar üç kateqoriyada təşkil olunacaq. E kateqoriyası üzrə yarışda 20 yaşadək yeniyetmə idmançılar hündürlüyü 80 santimetr olan maneələri dəf etmək üçün məharətlərini göstərəcəklər. Bütün yaş qruplarını əhatə edən M kateqoriyasında isə ən hündür maneə 120 santimetr nəzərdə tutulub.
Turnirin ikinci günündə S kateqoriyası üzrə yarışlar keçiriləcək. Bu kateqoriya üzrə maneələrin hündürlüyü 130-140 santimetr olacaq.
Yarışlar yerli hakimlər kollegiyası tərəfindən idarə ediləcək.
Oxşar xəbərlər
Dünya kubokunun ikinci gününə start verildi - FOTO
Yığmamız Almaniya ilə finalda oynayacaq
Çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku”nun finalçıları məlum oldu - FOTO
Atçılığın konkur növü üzrə “Polad Kuboku” turniri keçiriləcək
Bakıda mükafat fondu 5 min manat olan turnir keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası