reklam
Rio-2016: Cüdo üçün püşk atıldı - FOTO
Sportfm.az xəbər saytı

Rio-2016: Cüdo üçün püşk atıldı - FOTO


Rio-2016 Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib. Sportfm.az cüdo federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın 6 üzvündən mübarizəyə ilk olaraq Orxan Səfərov (60 kq) qatılacaq. Avqustun 6-da tatami üzərinə çıxacaq Səfərov perulu Xuan Postiqosla üz-üzə gələcək. 

Növbəti gün Nicat Şıxəlizadə (66 kq) çıxış edəcək. Onun ilk rəqibi ispaniyalı Suqoy Uriarte olacaq. 

Avqustun 8-də nəzərlər Avropa çempionu Rüstəm Orucovun (73 kq) çıxışına yönələcək. Orucov Faye Nji (Qambiya) - Didar Kamza (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq. 

Avqustun 10-da Məhəmmədəli Mehdiyev (90 kq), ertəsi gün Elmar Qasımov (100 kq) tatamiyə çıxacaq. Onlar ilk görüşdə müvafiq olaraq, rusiyalı Kiril Denisov və Tahir Xaybulayevlə görüşəcəklər. 

Nəhayət, avqustun 12-də Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaq. Onun ilk rəqibi latviyalı Artur Nikiforenko olacaq. 

Qeyd edək ki, Azərbaycanın bütün cüdoçularının ilk görüşləri 1/16 final mərhələsinə təsadüf edəcək. 
 
Rio-2016: Cüdo üçün püşk atıldı - FOTO

Oxşar xəbərlər

Beynəlxalq Cüdo federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Rio-2016: Uşanqi Kokauri mübarizəni dayandırdı
Rio-2016: Bu gün 7 idmançımız mübarizə aparacaq
Rio-2016: Rüstəm Orucov Azərbaycana ilk medalı qazandırdı
Azərbaycanı Rio-2016-da təmsil edəcək cüdoçular müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər