"Qarabağ"ın 5 potensial rəqibi bəlli oldu
Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
Sportfm.az xəbər verir ki, Azərbaycanı Avropanın 1 nömrəli klub turnirində təmsil edən "Qarabağ"ın beş potensial rəqibi bəlli olub. "Səpələnmişlər" səbətində yer alan Ağdam klubu reytinq cədvəli aşağı olan klublardan biri ilə qarşılaşacaq. "Atlılar" I təsnifat mərhələsində "Şkendiya" (Makedoniya), "F91 Düdelanj" (Lüksemburq), "Olimpiya" (Sloveniya), "Suduva" (Litva) və "Torpedo" (Gürcüstan) klublarından biri ilə üz-üzə gələ bilər.
Qrup I
"Səpələnmişlər"
APOEL (Kipr)
"Qarabağ" (Azərbaycan)
"Şerif" (Moldova)
TNS (Uels)
"Videoton" (Macarıstan)
"Səpələnməmişlər"
"Şkendiya" (Makedoniya)
"F91 Düdelanj" (Lüksemburq)
"Olimpiya" (Sloveniya)
"Suduva" (Litva)
"Torpedo" (Gürcüstan)
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü sabah Bakı vaxtı ilə saat 19:0-da atılacaq. Oyunlar isə iyulun 10-11 və 17-18-də təşkil olunacaq.
Oxşar xəbərlər
"Qarabağ"ın potensial rəqibləri bəlli oldu - Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşdi
Çempionlar Liqasında "Qarabağ"ın rəqibi kim olacaq?
"Qəbələ", "Neftçi" və "Keşlə"nin potensial rəqibləri bəlli oldu
"Qarabağ"ın potensial rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası