Çempionlar Liqasında "Qarabağ"ın rəqibi kim olacaq?
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək.
Sportfm.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı "Qarabağ" komandası təmsil edəcək. Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alan "Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə enib. Bunlar Makedoniyanın "Şkendiya", Lüksemburqun "Düdelanj", Sloveniyanın "Olimpiya" (Lyublyana), Litvanın "Suduva" və Gürcüstanın "Torpedo" (Kutaisi") komandalarıdır.
1-ci qrup
Səpələnmişlər: APOEL (Kipr), "Qarabağ" (AZƏRBAYCAN), "Şerif" (Moldova), TNS (Uels), "Videoton" (Macarıstan)
Səpələnməmişlər: "Şkendiya" (Makedoniya), "Düdelanj" (Lüksemburq), "Olimpiya" (Lyublyana, Sloveniya), "Suduva" (Litva), "Torpedo" (Kutaisi, Gürcüstan)
2-ci qrup
Səpələnmişlər: "Ludoqorets" (Razqrad, Bolqarıstan), "Legiya" (Varşava, Polşa), "Malmö" (İsveç), "Rusenborq" (Norveç), HİK (Helsinki, Finlandiya)
Səpələnməmişlər: "Vikinqur" (Farer adaları), "Kruzeyders" (Şimali İrlandiya), ilkin mərhələnin qalibi, "Kork Siti" (İrlandiya), "Valür" (Reykyavik, İslandiya)
3-cü qrup
Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Astana" (Qazaxıstan), "Srvena Zvezda" (Serbiya), "Hapoel" (Beer-Şeva, İsrail), "Kukesi" (Albaniya), "Zrinski" (Bosniya və Herseqovina)
Səpələnməmişlər: "Spartak" (Trnava, Slovakiya), "Valletta" (Malta), "Alaşkert" (Ermənistan), "Sutyeska" (Monteneqro), "Spartak" (Yurmala, Latviya), "Flora" (Tallin, Estoniya)
Bu mərhələnin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək.
Növbəti mərhələyə yüksələcək 16 komandaya daha 4-ü - BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Midtyuland" (Danimarka) və ÇFR (Kluj, Rumıniya) qoşulacaq. Beləliklə, II təsnifat mərhələsində 10 cüt formalaşacaq. I təsnifat mərhələsini adlayacağı təqdirdə, "Qarabağ" yenə səpələnmişlər səbətində yer alacaq. Oyunlar 24-25 iyulda və 31 iyul-1 avqustda keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
Oxşar xəbərlər
"Qarabağ" 2-ci mərhələdəki rəqibi hansı komanda olacaq? - YENİLƏNİR
"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşdi
Bu gün "Qarabağ"ın potensial rəqibləri müəyyənləşəcək
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir
"Qarabağ"ın potensial rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası