Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Həndbolçularımız Fransa və Finlandiya təmsilçiləri ilə qarşılaşacaqlar
Bu gün İsveçin Höteburq şəhərində 16 yaşadək qızlar arasında həndbol üzrə 14-cü açıq Avropa turnirinə start verilir.
Sportfm.az xəbər verir ki, turnirdə 20 komanda dörd qrupda mübarizə aparır. 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət Azərbaycan millisi “C” qrupunda Fransa, İspaniya, Finlandiya və İslandiya yığmaları ilə yarışacaq.
Turnirin qaydalarına əsasən, hər komanda gün ərzində iki oyun keçirəcək. Təmsilçilərimiz ilk yarış günündə Fransa və Finlandiya həndbolçuları ilə üz-üzə gələcəklər.
Xatırladaq ki, turnirdə ilk yeddi yeri tutan yığmalar gələn il iyulun 20-dən 28-dək Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına vəsiqə qazanacaq.
Oxşar xəbərlər
Həndbol üzrə Avropa çempionatı başa çatdı
Həndbolçularımız Finlandiya təmsilçilərini məğlub etdi
Həndbolçularımız Krasnodarda ilk qələbələrini qazandılar
Həndbolçularımız Krasnodarda beynəlxalq turnirə qatıldılar
Azərbaycan millisi İspaniya və Fransa yığmaları ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













.jpg)

Misli Premyer Liqası