reklam
Alfa Liqada yarımfinalçılar məlumdur
Sportfm.az xəbər saytı

Alfa Liqada yarımfinalçılar məlumdur


Minifutbol üzrə Alfa Liqada yarımfinalçılar məlum olub. 

Sportfm.az xəbər verir ki, Azərbaycan MiniFutbol Federasiyasının təşkilatçılğı ilə keçirilən turnirdə Sirena Motors, Peçat Dönər, LSS və KATV1 komandaları çempion adı uğrunda mübarizəni davam etdirəcəklər. 

Alfa Liqa 1/4 final
Galaxy 4:4 Peçat Dönər (pen: 1:2)
İCE 2:2 LSS (pen 4:5)
Sirena Motors 8:1 Timsport
Turin 1:3 KATV1

Alfa Liqa 1/2 final

Sirena Motors - KATV1

LSS - Peçat Dönər
Elvin Bayramov, "Sirena Motors"un oyunçusu: "İlk öncə bu çempionatı yüksək səviyyədə təşkil etdikləri ücün komandamız adından təşkilatçılara minnətdarlığımızı bildirirəm. Oyuna gəlincə biz hər rəqibə eyni gözlə baxırıq. "Timsport" yaxşı kollektivdir. 1-ci hissə gözəl futbol oynadılar. 2-ci hissədə isə biz məşqçinin verdiyi tapşırıqları dəqiq yerinə yetirdik ve nəticədə layiqli qələbə qazandıq. 
Növbəti mərhələdəki rəqibimiz KATV son 4 iştirakçı sırasına qala bilibsə, deməli yaxşı komandadı. Ona görə biz bu oyuna çox ciddi hazırlaşmalıyıq. İnanıram kı, finala çıxacağıq. Axı həm də çempionatın iki ən məhsuldar oyunçusu "Sirena Motors"dadı. Mən və Əlisalam Həmidov. Sonda həm bizə həm də rəqibimizə uğurlar arzulayıram".
Cəmil Mustafazadə, "Peçat Dönər"in oyunçusu: "Vallah nə deyim, çətin oyun oldu. Rəqib güclü idi. "Galaxy"i iki qolu standart vəziyyətdən vurdu. Ümumiyyətlə "Galaxy"nin heyətində çox güclü uşaqlar var. Onlar bizə hər an həyacan yaşadırdılar. Onlara da asan olmadı. Əsgər və Mehdi onların müdafiəsini təzyiqdə saxladılar. Məncə əsas vaxtın heç-heçə bitməsi ədalətli idi. Sadəcə bizdə artıq penaltilər seriyası ilə bağlı təcrübə var. Komandada penalti seriyasında zərbə vuracaq ilk üçlük məlumdur. Turxan, Mehdi və İlyas ilk 3 zərbəni yerinə yetirdi.
Yarımfinaldakı rəqibimiz LSS-in heyətində tanıdığımız uşaqlar oynayur. Bilirik ki, çox çətin rəqibdir. Məşqçiləri də güclüdür. Bizim üçün asan oyun olmayacaq. Lakin komandamıza güvənirəm. İnşallah finala cıxacağıq".
Elvin Zeynalov, İCE-nin qapıçısı: "Hələ də özümə gələ bilməmişəm. LSS qarşılaşdığımız komandaların bəzilərindən də daha zəif idi. Oyun ərzində ciddi qol epizodları olmadı. Bizim qol imkanlarımız daha çox idi. Əlimizə düşən imkanlardan istifadə etmədik, rəqib isə sonda əlinə düşən imkanı qola çevirdi və hesabı bərabərləşdirdi. Penaltilər seriyasında isə ilk zərbəni dəf etdim, hətta ikincini də dəf etsəm də hakim zərbənin təkrar vurulmasını istədi. Fikrimcə həmin qərarda hakim yanlışlığa yol verdi. Oyundakı qol imkanlarını reallaşdıra bilsəydik hesab 10:1 və 10:2 olardı. Komandanın bütün üzvləri məyusluq içindədi".

Oxşar xəbərlər

Alfa Liqaya yekun vuruldu, Rəcəb Fərəczadə məşqçi kimi ilk kubokunu qazandı
Alfa Liqada finalçıların adı məlum oldu
Alfa Liqa: "Zirə" və "Uğur" 1/8 finalda
Alfa Liqa: "Eminspor"dan sensasion qələbə, "Turin"dən bərabərlik
"Borçalı" qələbə ilə başladı, "Sirab" rəqibi önündə "tab gətirmədi" - Alfa Liqaya start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər