Alfa Liqada finalçıların adı məlum oldu
Minifutbol üzrə Alfa Liqada yarımfinal matçları baş tutub.
Sportfm.az xəbər verir ki, Azərbaycan MiniFutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirin qarşılaşmaları eyni vaxtda start götürüb. Gərgin keçən görüşlərdə Peçat Dönər və KATV1 rəqiblərini məğlub edib.
Alfa Liqa
1/2 final
LSS 3:5 Peçat Dönər
KATV1 7:3 Sirena Motors
Final
Peçat Dönər - KATV1
Oyunsonrası açıqlamalar:
Elvin Quliyev, KATV1-in oyunçusu: “Çətin oyun oldu. İlk hissədə 2:0 önə keçsək də, hissənin sonuna yaxın rəqib fərqi azaltdı. Daha sonra isə ikinci hissənin əvvəlində hesabı bərabərləşdirdi. Lakin ruhdan düşmədik. Komanda şəklində can qoyub mübarizə apardıq. Dərk edirdik ki, finalın bir addımlığındayıq, geri dönüş yoxdur. Düzdü şoka düşmüşdük amma sonra özümüzə gəlib rəqibi məğlub edə bildik. Oyundan sonra rəqib oyunçular da bizə yaxınlaşıb təbrik etdi. Qələbəyə layiq olduğumuzu dedilər.
Finaldakı rəqibimizin bəzi oyunçularını tanıyıram, oyun tərzlərinə bələdəm. Hamımız çempionluğa inanırıq və yalnız çempionluq haqda düşünürük. Komandada hər kəs bir-birinə güvənir”.
Samir Əzim-Zadə, “Peçat Dönər”in oyunçusu: “Yarımfinal oyunu çox gərgin alındı. İlk on dəqiqədə LSS bizi təzyiq altında saxladı və nəticədə üç qol vurdu. Daha sonra qələbənin dadını duyub arxayınlaşdılar. Bizim Əskər demişkən düşünmədilər ki, futbol final fitinə qədər davam edir və bizim komanda ruhumuz var. Biz isə komanda olaraq bir-birimizə inanırdıq və nəticədə möhtəşəm geri dönüşə imza atdıq.
Finala gəlincə, rəqibimiz KATV1 də bizim kimi zəfi rəqib deyil. Onları qiymətləndirməmək olmaz. Komandamızdakı hər bir oyunçumuza inanıram və inanıram kı, kubok bizim olacaq”.
Emin Quliyev, “Sirena Motors”un oyunçusu: “Vallah hələ də özümüzə gəlməmişik. Düzdü oyuna boş çıxmışdıq, uşaqlar fikirləşirdi ki, rahat qələbə qazanarıq. Oyunun əvvəli də onu göstərirdi. İki topumuz dirəkdən döndü, bir az da rahatlaşdıq ki, qələbə qazanacağıq. Hər şey anidən dəyişdi. Rəqib iki qol vurdu. Biz isə bundan sonra ayıldıq. Hesabı bərabərləşdirsək də məşqçinin əvəzetmələri bizi çox çətinə saldı. Məşqçinin Elvin Bayramovu az oynatması oyunumuza mənfi təsir göstərdi. Hacının (məşqçinin) onu niyə az oynatmasınının səbəbini heç özümüz də bilmədik. Bu idmandı, biri udar, biri uduzar. Biz öz səhvimizdən uduzduq. Çox təəssüf... Rəhbərlik komanda üçün çox əziyyət çəkmişdi. Məqsədimiz çempion olmaq idi, III yer uğrunda oyun bizim maraq dairəmizdə deyildi. Lakin düşünürəmki, qrupda məğlub olduğumuz LSS ilə bürünc medallar uğrundakı oyunumuz finaldan daha maraqlı olacaq. İnşallah növbəti Alfa Liqada tam fərqli “Sirena Motors” görəcəksiz. O ki qaldı finala düşünürəmki, inşallah “Peçat Dönər”ə çempion olacaq”.
Oxşar xəbərlər
Alfa Liqaya yekun vuruldu, Rəcəb Fərəczadə məşqçi kimi ilk kubokunu qazandı
Eyyub Əliyev: Rəqiblər üçün sürpriz komandayıq
Alfa Liqada yarımfinalçılar məlumdur
Alfa Liqa: "Galaxy" 1/4 finalda, "Borçalı" uduzdu
"Borçalı" qələbə ilə başladı, "Sirab" rəqibi önündə "tab gətirmədi" - Alfa Liqaya start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası