Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qurbanovla Qriqorçukun dünya reytinqindəki mövqeyi açıqlandı
Avrokubokların III təsnifat mərhələsindən sonra dünyanın ən yaxşı klub məşqçilərinin siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı mütəxəssis Qurban Qurbanovdu. "Qarabağ”ın baş məşqçisinin hesabında 1250 xal var. 44 yaşlı mütəxəssis siyahıda 517-ci yerdədi. Ölkəmizin daha bir klubunun çalışdırıcısı da siyahıda yer alıb. Bu, "Qəbələ”ni çalışdıran ukraynalı mütəxəssis Roman Qriqorçukdu. 1103 xala malik 51 yaşlı çalışdırıcı 566-cı pillədə yer alıb.
Cədvələ 18 min 112 xalı olan ispaniyalı Luis Enrike ("Barselona”) başçılıq edir. Onu həmyerlisi Xosep Qvardiola ("Mançester Siti”) izləyir – 14 min 225 xal. 3-cü pillədə argentinalı Dieqo Simeonedi ("Atletiko”) – 13 min 514 xal.
Oxşar xəbərlər
Dünyanın ən yaxşı məşqçiləri - SİYAHI
Ən yaxşı məşqçilərin reytinqi açıqlandı - Siyahıda 2 azərbaycanlı var
Azərbaycanlı məqşçi Mançini və Benitesi qabaqladı
Qurbanov irəlilədi, Qriqorçuk gerilədi
"Kəpəz" ermənilərlə eyni sırada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası