reklam
Samir Əbdürrəhmanov Minskdəki olayla bağlı danışdı:
Sportfm.az xəbər saytı

Samir Əbdürrəhmanov Minskdəki olayla bağlı danışdı:"Özümə gələ bilmirəm"


Belarusun paytaxtı Minskdə keçirilən uşaq-futbol turnirində iştirak edən "Baku City" komandasının düşərgəsində insident baş verib. Ölkəmizi bu yarışda təmsil edən komandanın baş məşqçisi Samir Əbdürrəhmanovun Sportfm.az saytına verdiyi məlumata görə, yeniyetmə futbolçularımızın qaldığı oteldə Rəsul adlı uşaq otaqda birlikdə qaldığı Ardanı öz ayaqqabısını öpməyə məcbur edərək videoya çəkib. Daha sonra Rəsul bu videonu komanda yoldaşları arasında yayıb. O cümlədən, Ardanı ələ salmağa başlayıb. Bu hadisələr Minskdə cərəyan edib. Arda ilə səfərə çıxan atası hadisədən xəbər tutar-tutmaz komanda rəhbərliyinə etirazını bildirib. Xoşagəlməz olayla bağlı Ardanın anası - jurnalist Günay Arda öz sosial şəbəkə hesabında olayı qınayaraq, övladının psixoloji durumunda ciddi problemlərin əmələ gəldiyini yazıb. Ötən gün hadisə ilə bağlı hər iki tərəfin və media nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Haqlı olaraq günahkarların cəzalandırılmasını istəyən Günay xanım buna nail olub. Belə ki, toplantı sonrası çirkin olayın səbəbkarı olan futbolçu əks tərəfdən üzr istəyib və komandadan qovulub. Belarusda baş verən hadisə ilə bağlı saytımıza danışan Samir Əbdürrəhmanov bunları dedi:"İnanırsınız özümə gələ bilmirəm. "Baku City" olaraq Minskdə gözəl oyunlar keçirdik, ancaq təəssüflər olsun ki, belə bir hadisə yaşandı. Olayı duyanda şok oldum. Hər kəsə dedim ki, Bakıya çatar-çatmaz toplantı keçirib, günahkarı cəzalandıracam. Sadəcə bəzi mətbu orqanlarının məsələni araşdırmadan hadisəni mənim adıma yazması çox üzücüdür. Yazıblar ki, "Vətən" futbol məktəbi Minksə yollanıb və hadisəni mən etmişəm, üstəlik uşağı da mən lentə almışam. Axı bu iftiradır. Turnirdə iştirak edən komanda "Baku City" idi. Bir zəng vurub öyrənsinlər. Bu qədər çətindi? Olay isə iki uşaq arasında olub. Günay xanımın üzüntüsünü başa düşürəm. Və ondan bu hadisəyə görə komandamız adından üzr istəyirəm. Toplantını da məhz ona görə keçirdik. İnanıram ki, belə hadisə bir daha təkrarlanmayacaq". 

Qeyd edək ki, olayda adıçəkilən Rəsul Ardadan yaşca böyükdür. 

 

 

Oxşar xəbərlər

ŞOK HADİSƏ - "Qəbələ"nin məşqçisi yığma komandamızın üzvünü döydü: "Öldürmüşəm. Siz kimsiniz?"
Rusiya klubundan azərbaycanlı məşqçiyə təklif var - ÖZƏL
"Vətən"in məşqçisi Rusiya "Lokomotiv"ində - FOTOLAR
"Barselona"nın baş məşqçisindən Arda Turan açıqlaması
Rəsul Çunayev mətbəxə keçdi, yemək bişirdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər