Futzal üzrə Yüksək Liqada yeni komandalar olacaq -Ölkə kubokunun qalibi çempionatdan imtina edib?
Azərbaycan Futzal Federasiyasında baş verən yeniliklər haqqında məlumat vermişdik.
Sportfm.az saytına daxil olan məlumata görə, yeni mövsümdə futzal üzrə Yüksək Liqada iştirak edəcək komandaların sayında dəyişikliklər olacaq. Belə ki, yeni mövsümdə ölkə çempionatda iştirak edəcəyi dəqiqləşən hələ ki, cəmi 4 klub var. Bunlar "Araz", "Yasamal", "Neftçi" İK və EKOl-dur. Siyahıdanda göründüyü kimi adların arasında ötən mövsümün gümüş medalçısı "Marafon", debütant "İtaldizayn" və "Xəmsə" yoxdur. Sonuncuların Yüksək Liqada çıxış etməyəcəyi artıq dəqiqləşib. Ötən mövsüm çempionatın reqlamentini dəfələrlə pozan Mehdiabad təmsilçisi federasiya tərəfindən Yüksək Liqaya buraxılmayıb. "Marafon" və "İtaldizayn"ın Yüksək Liqada iştirakı isə sual altındadır. Bu klublar federasiyaya futzal elitasında çıxışları ilə bağlı dəqiq cavab verməyib. Yeni mövsümdən ölkə çempionatında iki yeni komandada peyda olacaq. Klubların adları ilə bağlı informasiyanı dəqiqləşdiririk.
Oxşar xəbərlər
Komandalar Yüksək Liqada oynamaq istəmir! - Federasiya dilə tutur
Futzal Federasiyasında yeni təyinatla bərabər, Yüksək Liqanın püşkü atıldı
Alesionun yeni braziliyalıları və çözülən Faiq Əliyev "düyünü"
Elçin Məmmədovun komandası ölkə çempionatına buraxılmadı - ÖZƏL
Futzal üzrə ölkə çempionatı nə vaxt başlayır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası