Futzal Federasiyasında yeni təyinatla bərabər, Yüksək Liqanın püşkü atıldı
Bu gün AFFA-nın Futbol Akademiyasının konfrans zalında futzal üzrə növbəti ölkə çempionatının püşkatma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, 7 klubun - "Araz", "Ekol", "Neftçi", "Yasamal", "Xəmsə", "Marafon" və "İtaldizayn"ın iştirak edəcəyi Yüksək Liqanın püşkatmasına əsasən, ilk turda "Ekol" - "Araz", "İtaldizayn" - "Marafon", "Neftçi" - "Yasamal" qarşılaşmaları baş tutacaq. İlk oyun günündə "Xəmsə" komandası istirahət edəcək.
Çempionat 4 dövrədən ibarət olacaq və hər komanda mövsüm ərzində 24 oyun keçirəcək. İlk tura sentyabrın 30-u saat 15:00-da "Ekol" - "Araz" görüşü ilə start veriləcək. Qarşılaşmalar "ABU Arena"da olacaq. İkinci turdan etibarən isə matçlar Bakı İdman Sarayında keçiriləcək. Tədbirdə həmçinin, Azərbaycan Futzal Federasiyasının ilk mətbuat katibi müəyyənləşib. Bu vəzifə Mahal Məmmədova həvalə edilib. O, yeni işinin icrasından bu gündən başlayıb.
Qeyd edək ki, Məmmədov, həmçinin AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində çalışır.
Oxşar xəbərlər
Futzal üzrə Yüksək Liqada yeni komandalar olacaq - Ölkə kubokunun qalibi çempionatdan imtina edib?
Bakı İdman Sarayında 3 görüş baş tutacaq
"Araz" "Yasamal"ı məğlub etdi, EKOL qalib gəldi, "Marafon" qələbə qazandı - YENİLƏNİB
Futzal çempionatında oyunların saatları məlum oldu
"Araz" 3 xal qazandı, "Marafon" ilk oyunda qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Güləşçilərimiz yarımfinala yüksəldi - Avropa çempionatı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
“Kəpəz” iki futbolçusu ilə peşəkar müqavilə imzaladı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
“Sabah”ın futbolçusu millini tərk etdi















Misli Premyer Liqası