reklam
FİDE-də İlümjinov dövrü sona çatdı
Sportfm.az xəbər saytı

FİDE-də İlümjinov dövrü sona çatdı


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika Komitəsi qurumun prezidenti Kirsan İlümjinovu vəzifəsindən kənarlaşdırıb.

Sportfm.az xəbər verir ki, bu barədə FIDE-nin Etika Komissiyası yekdilliklə qərar qəbul edib. İlümjinov Etika Kodeksini pozmaqda günahlandırılır. 56 yaşlı funksionerin səlahiyyətləri bu gündən 18 ay müddətinə müvəqqəti dondurulub. Dərhal kənarlaşdırılma 6 ay - 12 yanvar 2019-cu ilədək qüvvədə olacaq. Qalan 12 aylıq diskvalifikasiya isə 2 ildən sonra tətbiq olunacaq. 

FIDE prezidenti seçkisi bu il oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində keçiriləcək. İlümjinov bu vəzifədə 1995-ci ilin noyabrından çalışırdı. 

Qeyd edək ki, hazırda ali şahmat qurumunun rəhbəri postuna rusiyalı Arkadi Dvorkoviç əsas namizəddir. 

Oxşar xəbərlər

Mahir Məmmədov FİDE-nin vitse-prezidenti seçildi
Aralarında barışıq sazişi imzalandı
FIDE minimal mükafat fondunu müəyyənləşdirdi
FIDE prezidentinin səlahiyyət müddəti məhdudlaşdırıldı
FİDE-də yeni prezident - vitse-prezident azərbaycanlı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər