reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın rəqibi 15 yaşlı futbolçu ilə anlaşdı


"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın "Olimpiya" klubu heyətinə yeni futbolçu cəlb edib. 

Sportfm.az xəbər verir ki, Lyublyana təmsilçisi 15 yaşlı Yan Baskerlə anlaşıb. Sloveniyanın istedadlı futbolçularından olan yarımmüdafiəçi əsas heyət üzvləri ilə birgə məşq edə və komanda ilə oyuna çıxa biləcək. O, həmçinin yeniyetmələrin çempionatında da iştirak edə bilər. 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Olimpiya"nı səfərdə 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşma iyulun 18-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 21:00-da başlayacaq.

Oxşar xəbərlər

"Olimpiya"nın futbolçusu: "Qarabağ"dan qorxmuruq"
"Qarabağ" - "Olimpiya" oyunu canlı yayımda
"Qarabağ"ın rəqibi Bakıda nələr edəcək? - Məlum oldu
"Qarabağ" - "Olimpiya" matçının vaxtı açıqlandı
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər