Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Turan” azarkeşləri sevindirəcək
Tovuzda tarixi gün böyük bayram ab-havasında qeyd olunacaq.
Sportfm.az xəbər verir ki, qadın voleybolçulardan ibarət “Turan” klubunun Avropa səhnəsində keçirəcəyi qarşılaşma öncəsi azarkeşləri böyük konsert proqramı gözləyir.
Saat 17:00-da başlayacaq konsert proqramında Xalq artisti Tünzalə Ağayeva ilə yanaşı, Vəfa Şərifova, Nəfəs, Zeynəb Həsəni və Xəyalə Qafarova da səhnə alacaq. Konsert proqramından sonra isə həyəcanlı qarşılaşmaya start veriləcək.
Bundan başqa, oyun günü azarkeşlər üçün kompleksin qarşısında xüsusi qida və içki guşələri təşkil olunacaq. Burada fanatlara müxtəlif çeşiddə yemək və içkilər təqdim ediləcək. Beləliklə, voleybolsevərlər qarşılaşma öncəsi bayram ab-havasından zövq alaraq xoş vaxt keçirə biləcəklər.
Qeyd edək ki, “Turan” voleybol klubu Çempionlar Liqasında ilk oyununu oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirəcək. Qarşılaşma üçün satışa çıxarılan biletləri Tovuz sakinləri kompleksə yaxınlaşaraq ödənişsiz əldə edə bilərlər. Arenaya daxil ola bilməyən azarkeşlər isə görüşü kompleksin qarşısında quraşdırılacaq böyük monitorlar vasitəsilə izləyə biləcəklər.

Oxşar xəbərlər
"Turan" Çempionlar Liqasına hazırlaşır
"Turan"ın ilk ev matçına biletlər satışa çıxdı
"Turan" elektron bilet sistemi tətbiq edəcək
“Qarabağ” azarkeşləri üçün 306 yer ayırıldı
Azərbaycan Qran-prisinin fan-zona və konsert biletləri satışda - Formula 1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

.jpg)

Misli Premyer Liqası