Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Daha bir futzal klubu Yüksək Liqada iştirakdan imtina etdi -ÖZƏL
Növbəti mövsümdən etibarən futzal üzrə Yüksək Liqada daha bir komandanın çıxış etməyəcəyi dəqiqləşib.
Sportfm.az saytının əldə etdiyi məlumata görə, ötən il futzal elitasında debüt edən "İtaldizain" klubunun Yüksək Liqada olmayacağı xəbəri təsdiqlənib. Rafael Abdulovun baş məşqçisi olduğu və heyətində Ağatahir Əzimov, Rəcəb Fərəczadə, Faiq Əliyev, Nihad İsmayılov kimi millimizin şərəfini qorumuş oyunçuların yer aldığı komandanı artıq izləyə bilməyəcəyik. Futzalçıların hamısına azad agent statusu verilib.
Qeyd edək ki, növbəti mövsümdə Yüksək Liqada iştirak edəcəyini hələ ki, 4 komanda - "Yasamal", "Araz", EKOL və "Neftçi" İK təsdiqləyib.
Oxşar xəbərlər
Komandalar Yüksək Liqada oynamaq istəmir! - Federasiya dilə tutur
Futzal Federasiyası "Qarabağ"ı razı saldı - ÖZƏL
Futzal üzrə Yüksək Liqada yeni komandalar olacaq - Ölkə kubokunun qalibi çempionatdan imtina edib?
Ağatahir Əzimov oynadı, komandası məğlub oldu
Futzal üzrə ölkə çempionatı nə vaxt başlayır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası