reklam
“Səni doğan anaya halal olsun” -
Sportfm.az xəbər saytı

“Səni doğan anaya halal olsun” -Rəcəb Tayyib Ərdoğan


İyulun 10-da Bakıda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şəhidlər xiyabanına ziyarəti zamanı maraqlı anlar yaşanıb.

Sportfm.az xəbər verir ki, burada kikboks üzrə 9 qat Dünya Cempionu, 3 qat Avropa Cempionu, Fövqəladə Halar Nazirliyinin əməkdaşı, mayor Araz Musayev Ərdoğanla görüşüb. İdmançı bildirib ki, Azərbaycan və Türkiyə uğrunda şəhid olmağa hazırdır: "Bax gördüyünüz bu xiyaban ki var, sizin bir əmrinizlə burada yatmağa hazıram”.

Səmimi şəraitdə keçən görüş zamanı Ərdoğan azərbaycanlı idmançıya: "Səni doğan anaya halal olsun, ona salam söylə” deyərək, ehtiramını ifadə edib.

 

 

Oxşar xəbərlər

Türkiyə prezidenti Bakıda çempion olan idmançıya vəzifə verdi - FOTO
Türkiyə prezidenti AVRO-2020-ni Bakıda izləyəcək
Ərdoğan Türkiyə millisinin Bakıda oynayacağına əvvəlcədən proqnoz verdi
"Biz gedərik, Siz də gələrsiniz" - Türkiyə prezidenti azərbaycanlı dünya çempionuna
"Artıq məsrəfdən xilas olduq" - Rəcəb Tayyib Ərdoğan

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər